XƏBƏRLƏR
MƏLUMAT
“Musiqidə əbədiləşən ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/12/2023 17:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Musiqidə əbədiləşən ömür” adlı tədbir keçirib.

Tədbir çıxışçıları Ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən, xalqımızın rifahı naminə gördüyü misilsiz xidmətlərdən bəhs edərək, Ulu Öndərin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin kamil bilicisi və vurğunu olmasından, respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin  tərəqqisi və inkişafı üçün gördüyü işlərdən danışıblar.

Sonra məktəbin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri məharətlə səsləndirilib.         

         

Baxış sayı: 273