XƏBƏRLƏR
MƏLUMAT
A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi konsert təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
02/06/2023 01:27

İyunun 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi şagirdlərinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konserti keçirilib.       

Çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən böyük qayğıdan, onların sağlam və hərtərəfli savadlı böyümələri üçün yaradılan şəraitdən danışaraq bildiriblər ki, uşaqlar bizim  gələcəyimizdir, ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur.

Konsertdə məktəbin müxtəlif  ixtisaslar üzrə təhsil alan  şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının  əsərləri səsləndirilib.

Baxış sayı: 250