XƏBƏRLƏR
MƏLUMAT
A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/03/2025 15:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzində İlaxır çərşənbə və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra tədbir iştirakçıları bayram münasibətilə təbrik edilib, milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

Tədbirdə “Şəms” rəqs kollektivi, balaca gimnastlar, Fortepiano kursunun şagirdləri, “Nağıl Band” qrupu, Mədəniyyət Mərkəzinin solistləri çıxış ediblər.

Sonda fəal iştirakçılar Mərkəz tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Baxış sayı: 111