XƏBƏRLƏR
MƏLUMAT
8 Noyabr - Zəfər Günü münasibəti ilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2024 17:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və D. Nəbiyev adına 178 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Vətən torpaqlarının azadlığı uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə Zəfər tariximiz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi zamanı möhtəşəm qələbə qazanması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir.

Tədbir zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, milli rəqs nümunələri ifa edib və tarixi qələbəmizə həsr edilmiş səhnəciklər canlandırıblar.

Baxış sayı: 216