XƏBƏRLƏR
MƏLUMAT
8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/11/2024 15:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət Evinin və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir keçirilib. 

Tədbirdə rəsmilər, şəhid Vüsal Həsənovun anası Mərifət Həsənova, mədəniyyət işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Çıxışçılar 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər, bu günün Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olduğunu bildiriblər. Qeyd olunub ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması ilə başa çatıb.

Bədii hissədə Badamdar qəsəbə mədəniyyət evi tərəfindən rəqslər təqdim edilib, mahnılar ifa olunub, məktəbin şagirdləri isə şeirlər səsləndiriblər.

Baxış sayı: 227