XƏBƏRLƏR
MƏLUMAT
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/03/2025 12:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət evi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 №li kitabxana filialı birlikdə şəhid analarının iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriblər.

İlk öncə Azərbaycan Respublikasının Himni səsləndirilib, vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbirdə iştirak edən qadınlar təbrik edilib və bu bayramın yaranması haqqında məlumat verilib.

Bədii hissədə bayrama həsr olunmuş şeirlər səsləndirilib, satirik səhnəciklər, rəqslər, rəngarəng musiqilər iştirakçılara təqdim edilib.

 

Baxış sayı: 157