XƏBƏRLƏR
MƏLUMAT
Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2024 11:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin fortepiano ixtisası üzrə təhsil alan şagirdi Lalə Abbasova “Astana Stars" Beynəlxalq festival hərəkatının  təşkilatçılığı ilə onlayn keçirilən II beynəlxalq vokal instrumental "Deutschland Music Granprix" müsabiqəsində iştirak edib.

Müsabiqədə Lalə Abbasova 8-10 yaş kateqoriyasında çıxışına görə II dərəcəli Diploma layiq görülüb və laureat adını qazanıb.

Müəllimi Təranə Nəzərova isə Təşəkkürnamə məktubu ilə təltif edilib.

Baxış sayı: 588