XƏBƏRLƏR
MƏLUMAT
Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2024 14:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə 166, 288 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin, Yasamal rayon Heydər Əliyev Mərkəzinə isə Akademik Zərifə Əliyeva adına liseyin və  308 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı qüdrətli şəxsiyyət, Ümummilli lider müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətlərindən söhbət açılıb.

Qonaqlar Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyi üçün atdığı düşünülmüş və cəsarətli addımlarından  bəhs edən kitablarla tanış olublar.

Yasamal rayon Heydər Əliyev Mərkəzində şagirdlər Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrinin “Yaşıl dünya naminə həmrəylik ili”nə və müasir Azərbaycana həsr olunmuş rəsmlərdən ibarət sərgi ilə tanış olublar.

Baxış sayı: 169