XƏBƏRLƏR
MƏLUMAT
5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2024 16:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan R. Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbi Bakıdakı Rus evində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş konsert keçirib.

Tədbirin aparıcısı mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, müəllim təkcə elm və bilik öyrədən deyil, həm də zəngin mənəviyyatın və yüksək əxlaqi keyfiyyətlərin daşıyıcısıdır.

Konsertdə musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Baxış sayı: 80