XƏBƏRLƏR
MƏLUMAT
5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2024 11:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirin aparıcısı əlamətdar gün münasibəti ilə müəllimləri təbrik edib, onlara əmək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra çıxışçılar qeyd ediblər ki, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir.

Sonra musiqi məktəbinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini məharətlə ifa ediblər.

Baxış sayı: 212