XƏBƏRLƏR
MƏLUMAT
5 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/06/2024 16:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 5 nömrəli Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib.

Konsertdə mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, musiqisevərlər iştirak ediblər.

İlk öncə rəssamlıq şöbəsinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib.

Konsertdə şagirdlərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub. Rəqs sinfinin şagirdləri "Zəfər" rəqsi ilə çıxış ediblər.

Baxış sayı: 223