XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2025 09:38

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli Uşaq Musiqi Məktəbində “Parlaq gələcək sizinlədir” adlı hesabat konserti keçirilib.

Konsertdə rəsmilər, mədəniyyət işçiləri və digərləri iştirak ediblər.

Konsert proqramında məktəb şagirdləri Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqs, Süleyman Rüstəmovun “Hardasan”, Tofiq Quliyevin “Coş dənizim”, D.Şostakoviçin “Vals”, İ.Ştraus Polkanın “Trik-Trak” və digər Azərbaycan , dünya bəstəkarlarının əsərləri iə çıxış ediblər.

Baxış sayı: 141