XƏBƏRLƏR
MƏLUMAT
4 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2025 15:12

İyunun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 4 nömrəli Uşaq İncəsənət Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində hesabat konserti keçirilib.

Tədbir foyedə təşkil edilmiş rəsm sərgisi ilə başlayıb.

Konsertdə şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

 "Leyla" rəqs kollektivinin ifasında təqdim edilən Xalq mahnıları maraqla qarşılanıb.

Baxış sayı: 66