XƏBƏRLƏR
MƏLUMAT
36 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 11:40

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbi Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş hesabat konserti təqdim edib.

Tədbirdə Azərbaycan xalqının dahi bəstəkarı, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin dünya musiqisi tarixində tutduğu mövqeyindən, musiqi mədəniyyətimizin inkişafındakı misilsiz xidmətlərindən danışılıb.

Konsert məktəbin xor kollektivinin ifası ilə başlayıb. Daha sonra şagirdlərin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarının əsərləri səsləndirilib.

Məktəbin xanəndə ixtisası üzrə təhsil alan 3-cü sinif şagirdləri Şəhla Baqdayeva və İdris Əzizovun ifasında “Arazbarı” zərbi muğamı ilə konsert sona çatıb.

Baxış sayı: 162