XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli uşaq musiqi məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2023 08:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin şagirdləri “Astana Stars” Beynəlxalq Festival Hərəkatının təşkilatçılığı, Astana şəhər Mədəniyyət İdarəsinin dəstəyi ilə Qazaxıstan Respublikasında onlayn keçirilən “Grande Mozart” III Beynəlxalq Klassik Musiqi Müsabiqəsində uğurla iştirak ediblər.

Qanun ixtisası üzrə təhsil alan Həmidə Musazadə Xalq Çalğı Alətləri nominasiyası, 8 -10 yaş kateqoriyası üzrə uğurla çıxış edərək I dərəcəli diploma layiq görülərək laureat adını qazanıb.

Kamança ixtisası üzrə təhsil alan Mansur Şıxəliyev Xalq Çalğı Alətləri nominasiyası, 8 -10 yaş kateqoriyası üzrə münsiflər heyətinin qərarı ilə müsabiqənin ən yüksək nəticəsi olan “Qran Pri” mükafatına layiq görülüb.

Baxış sayı: 380