XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2024 09:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbinin 40 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə mədəniyyət işçiləri, uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə məktəbin 40 illik fəaliyyəti ərzində gördüyü işlər, əldə etdiyi uğurları, nailiyyətləri haqqında məruzə dinlənilib və videoçarx nümayiş olunub.

Konsertdə məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 198