XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2024 15:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Sonra Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin həyat və fəaliyyəti, daxili və xarici siyasəti ilə yanaşı Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğıdan bəhs edən məruzə dinlənilib.

Tədbirdə şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər və mahnılarla çıxış ediblər.

Baxış sayı: 130