XƏBƏRLƏR
MƏLUMAT
33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
22/05/2025 09:43

Mayın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbi hesabat konserti təqdim edib.

Konsertdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri tərəfindən Süleyman Ələsgərovun, Tofiq Quliyevin, Fikrət Əmirovun , Frans Şubertin, Pyotr İlyiç Çaykovskinin və digər Azərbaycan ,dünya bəstəkarlarının əsərləri ifa olunub.

Həmçinin konsertdə  məktəbin violin ansamblı Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Qızların səsi”, xalq çalğı alətləri ansamblı Vasif Adıgözəlovun “Bayram süitası”, “Viva” xoru musiqisi və sözləri Teymur Cəbrayılova məxsus “El oğlu” əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 28