XƏBƏRLƏR
MƏLUMAT
31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 17:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 31 May – Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş sərgi keçirilib.

Sərginin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği və ictimaiyyətin tütünlə mübarizə sahəsində maarifləndirilməsinə çağırış etməkdir.

Sonda iştirakçılar mərkəzin ekspozisiya zalına baxış keçirərək, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla, onun dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri, eləcə də milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində atdığı mühüm addımlarla tanış olublar.

Baxış sayı: 67