XƏBƏRLƏR
MƏLUMAT
“31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırım aktı” mövzusunda dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2025 12:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “31 Mart-azərbaycanlılara qarşı törədilən soyqırım aktı” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Yasamal rayon  13 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Qonaqlar öncə ekspozisiya zalında dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın ictimai – siyasi, sosial – iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar. 

Daha sonra soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə mövzu ilə bağlı məruzə dinlənilib, 31 mart-Azərbaycanlıların Soyqırımı tarixindən bəhs edən film nümayiş olunub.

Baxış sayı: 75