XƏBƏRLƏR
MƏLUMAT
3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2024 16:11

3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1 saylı  18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssəsində tədbir keçirilib.

Tədbirdə bu günün əhəmiyyətindən,  ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı görülən işlərdən, sağlamlıq imkanları məhdud insanlara göstərilən diqqət və qayğıdan bəhs edilib.

Bədii hissədə  Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” dram dərnəyi, “AY” rəqs qrupu, müxtəlif cizgi qəhrəmanları çıxış ediblər.

Baxış sayı: 101