XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli Uşaq Musiqi Məktəbində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 19:03

Mayın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 28 nömrəli Uşaq Musiqi Məktəbində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib .

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 28 May-Müstəqillik Gününün tarixi haqqında məlumat verilib, xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən bəhs edilib.

Bədii hissədə məktəbin müəllim və şagird kollektivi konsert proqramı ilə çıxış ediblər.

 

Baxış sayı: 25