XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 01:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli uşaq musiqi məktəbində Azərbaycanın Müstəqillik Günü münasibətilə konsert keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Müstəqillik gününün tarixi haqqında geniş məlumat  verilib  və bayram münasibəti ilə təbriklər səslənib.

Tədbirin bədii hissəsində məktəbin şagirdləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və xarici bəstəkarların əsərlərini ifa ediblər.

 

Baxış sayı: 316