XƏBƏRLƏR
MƏLUMAT
28 nömrəli uşaq musiqi məktəbi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2023 06:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert təşkil olunub.

Konsertdə ilk öncə mövzu ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub.             

Daha sonra şagirdlərin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri ifa olunub.

Baxış sayı: 475