XƏBƏRLƏR
MƏLUMAT
“28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2025 16:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “28 May-Şanlı tariximiz” adlı mühazirə keçirilib.

Mühazirədə Suraxanı rayon 279 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi  iştirak ediblər.

Mühazirədə bildirilib ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Cümhuriyyət milli dövlət quruculuğunun əsaslarını qoyub və xalqımızın müstəqil yaşamaq haqqını bütün dünyaya nümayiş etdirib. 1991-ci ildə müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilib. Ulu Öndərin təşəbbüsü ilə 28 May rəsmi dövlət bayramı kimi qeyd olunmağa başlanıb. 2021-ci ildə isə Prezident İlham Əliyevin “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”nu imzalaması ilə bu günə yeni hüquqi-siyasi məzmun verilib və 28 May tarixi artıq Müstəqillik Günü adı ilə rəsmi şəkildə təsbit olunub. Bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və xalqımız öz suverenliyini qürurla və əzmlə qoruyur.

Daha sonra tədbir diskusiya formasında davam edib.

Sonda iştirakçılar Ulu Öndər Heydər Əliyevin həyat yolundan bəhs edən filmə baxıblar, Ümummilli Liderin zəngin irsini əks etdirən ekspozisiya və Mərkəzin rəsm studiyası ilə tanış olublar.

Baxış sayı: 37