XƏBƏRLƏR
MƏLUMAT
28 May - Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2024 14:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və kitabxana  filialları 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriblər.

Mərkəzi Kitabxana A.İ.Məmmədov adına 38 nömrəli tam orta məktəblə “Şərqdə ilk demokratik respublika”, 1 nömrəli  kitabxana filialı 225 nömrəli tam orta məktəblə “28 May Müstəqillik Günüdür” adlı tədbir keçirib, 2 nömrəli kitabxana filialı isə mövzu ilə bağlı videoçarx təqdim edib.

Tədbirlərdə 28 May-Müstəqillik Gününün tarixi haqqında şagirdlərə məlumat verilib. Bildirilib ki, Müstəqillik Gününü xalqımız böyük sevinc və iftixar hissi ilə bayram edir. Üçrəngli bayrağımız doğma Qarabağda, Şuşada, Ağdamda, Laçında, Zəngilanda dalğalanır.

Şagirdlərdə öz növbəsində müstəqilliyinə həsr olunmuş şeirlərlə çıxış ediblər.

Baxış sayı: 200