XƏBƏRLƏR
MƏLUMAT
28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/05/2025 12:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. 

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin müəllimləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər qeyd ediblər ki, 28 May - Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür.

Müsabiqədə Mədəniyyət Sarayının və 8 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin fəal şagirdlərinin Müstəqillik gününə həsr etdikləri rəsmlər nümayiş olunub. 

Sonda Mədəniyyət Sarayı, Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənc rəssamlara təşəkkürnamələr və hədiyyələr təqdim edilib.

 

Baxış sayı: 73