XƏBƏRLƏR
MƏLUMAT
27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2025 16:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid anaları, qazilər, “N” saylı hərbi hissənin əsgərləri, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki,  44 günlük Vətən Müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad etməklə tarixi qələbə əldə edib.

Bədii hissədə Sarayın dram dərnəyinin üzvləri kompozisiya ilə çıxış ediblər, həmçinin  rəsm kursunun şagirdləri Vətən Müharibəsinə həsr olunmuş rəsmlər təqdim ediblər.

Tədbir “Şəhid anası” ifası ilə sona çatıb.

Baxış sayı: 252