XƏBƏRLƏR
MƏLUMAT
27 sentyabr - Anım Günü ilə əlaqədar şəhid Əmir Kazımovun ev-muzeyi ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
26/09/2024 16:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evinin əməkdaşları 230 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi ilə birgə 27 sentyabr - Anım Günü ilə əlaqədar şəhid Əmir Kazımovun ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı çıxışçılar qeyd edib ki, 44 günlük Vətən müharibəsində şücaətlər göstərən Əmir Kazımov Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sonda vətən uğrunda canını fəda edən qəhrəman şəhidin ev-muzeyində şəxsi əşyalarına, geyimlərinə, ailə fotolarına baxış keçirilib.

Baxış sayı: 3121