XƏBƏRLƏR
MƏLUMAT
27 sentyabr-Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2024 10:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi 175 nömrəli tam orta məktəb ilə birlikdə Anım Günü ilə əlaqədar dəyirmi masa keçirib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi  uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra çıxışçılar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizdən, bütövlükdə xalqımızın əzm və iradəsindən, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən danışıblar.

Sonda “Unudulmaz Qəhrəmanlar” adlı mühazirə dinlənilib, film nümayiş olunub.

Baxış sayı: 149