XƏBƏRLƏR
MƏLUMAT
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/06/2024 10:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzi və Suraxanı rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "N" saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər hər kəsi bayram münasibətilə təbrik edərək, Azərbaycan Silahlı qüvvələrinin bugünki gücündən, qüdrətindən danışıblar.

Bədii hissədə Mədəniyyət Mərkəzinin gənc ifaçıları konsert proqramı ilə hərbi hissənin kollektivi qarşısında çıxış ediblər.

Sonda "N" saylı hərbi hissənin rəhbərliyi tərəfindən  tədbirdə iştirak edənlərə  fəxri fərmanlar təqdim edilib.

Baxış sayı: 78