XƏBƏRLƏR
MƏLUMAT
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/06/2024 15:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət Evinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təqdim edilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edərək, Silahlı Qüvvələr Gününün yaranma tarixindən bəhs ediblər.

Bədii hissədə Mədəniyyət evinin “Pöhrə” rəqs qrupunun üzvləri, Ağadadaş Qurbanov adına Xalq Teatrının üzvləri çıxış ediblər. 

Baxış sayı: 275