XƏBƏRLƏR
MƏLUMAT
26 iyun Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
23/06/2023 08:09

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət Evi konsert proqramı təşkil edib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər qarşıdan gələn bayram münasibətilə zabit və əsgər heyətini təbrik edərək bu günün əhəmiyyətindən, yaranma tarixindən bəhs ediblər.

Konsertdə Mədəniyyət evinin solistləri, "Pöhrə" rəqs qrupu, "Yanardağ" ritm qrupu rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 412