XƏBƏRLƏR
MƏLUMAT
26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/06/2025 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Binəqədi Mərkəzi Mədəniyyət evinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “N” saylı hərbi hissədə tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbirdə çıxış edənlər milli ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərdən, ordu quruculuğuna göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsindən söhbət açıblar.

Daha sonra tədbir mədəniyyət evinin solistlərinin ifasında konsert proqramı ilə davam edib.

Baxış sayı: 27