XƏBƏRLƏR
MƏLUMAT
26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/06/2024 16:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar, Balaxanı, Pirşağı Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilib.

Badamdar qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsindən, 44 gün ərzində Ordumuzun qazandığı tarixi Zəfərdən danışıblar.

Sonra bədii hissə ilə davam edən tədbirdə mədəniyyət evlərinin solistləri vətənpərvərliyə həsr olunan mahnılarla çıxış ediblər.

Baxış sayı: 102