XƏBƏRLƏR
MƏLUMAT
26 avqust - Laçın Şəhəri Günü ilə bağlı tədbirlər keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2023 03:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2, 3, 4 nömrəli kitabxana filiallarında Laçın Şəhəri Günü ilə bağlı tədbir keçirilib.

İlk olaraq tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra Laçın şəhərinin tarixindən, işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.

Tədbirin bədii hissəsində işğaldan azad olunmuş ərazilər və Laçın şəhərinə həsr olunmuş şeirlər söylənilib.

Baxış sayı: 329