XƏBƏRLƏR
MƏLUMAT
Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir
ÜMÜMİ XƏBƏRLƏR
16/04/2019 11:19
Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir


Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.6.2-ci bəndinin icrası məqsədilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir.

Aprelin 15-də tamaşa Qobustan rayonunda nümayiş olunub. Qobustan rayon Gənclər və İdman İdarəsinin rəisi Qadir Ələkbərov tamaşanın rayon gəncləri üçün əhəmiyyətini xüsusi vurğulayıb.

Əsərdə qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması kimi qabardılır. Böyüklər üçün nəzərdə tutulan tamaşanın müddəti 1 saat 10 dəqiqədir.

Tamaşada rolları Bakı Uşaq teatrının aktyorları ifa edirlər. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru əməkdar artist İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, musiqi tərtibatçısı Rauf Hüseynli, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Tamaşanın 15-18 aprel tarixlərində Qobustan, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Qəbələ olmaqla 6 rayonda nümayişi nəzərdə tutulub.

baku-art.az

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir

Bakı Uşaq teatrı “Günahsız Günahkarlar” tamaşası ilə qastrol səfərindədir











Baxış sayı: 93986