XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2025 12:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbində 2 fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert keçirilib.

Konsertdə əsası 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verilib, gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Daha sonra məktəbin "Cəngi" xalq çalğı alətləri orkestri, məzunları, gənc müəllimləri və şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

 

Baxış sayı: 74