XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/12/2025 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş konsert proqramı təşkil edilib.

Tədbirdə bayramlar münasibətilə təbriklər səslənib, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik ruhunun təcəssümü olduğu vurğulanıb.

Konsert proqramında şagirdlərin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Baxış sayı: 21