XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbi sinif konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 16:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq çalğı alətləri şöbəsinin xanəndəlik sinifinin müəllimləri Arif Qənbərov və Hüseyn Məlikovun sinif konserti keçirilib.

Milli Qurtuluş Gününə həsr edilmiş konsertdə mövzu ilə bağlı məruzə dinlənilib.Daha sonra məktəbin şagirdləri muğam, təsnif və bəstəkar mahnıları ilə çıxış ediblər.

Sonda şagirdlərə məktəb tərəfindən fəxri fərman, müəllimlərə isə təşəkkürnamə təqdim olunub.

Baxış sayı: 157