XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbi konsert proqramı ilə çıxış edib
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2024 15:19

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllim və şagird kollektivi "Ümid yeri" uşaq sığınacağında konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri,  xalq mahnıları səsləndirilib,  rəqslər təqdim olunub. 

Konsert uşaqlar  tərəfindən maraqla qarşılanıb. 

Baxış sayı: 210