XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
21/05/2025 13:10

Mayın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 24 nömrəli Onbirillik Musiqi Məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın klassik musiqi sənətinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə  həsr olunmuş hesabat konserti təqdim edib.

Konsertdən öncə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında mühazirə dinlənilib.

Konsert  məktəbdə yeni yaradılan beynəlxalq müsabiqələr laureatı "Cəngi" xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Daha sonra məktəbin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ilə çıxış ediblər.

Məktəbin kamera orkestrinin ifası ilə konsert sona çatıb.

Baxış sayı: 38