XƏBƏRLƏR
MƏLUMAT
22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2025 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan və Qazaxıstan ölkələrinin təşkilatçılığı ilə keçirilən “Talanttar Aləmi” Beynəlxalq çoxjanrlı yaradıcı müsabiqə-festivalda uğurla çıxış ediblər.

Müsabiqədə Musiqi Məktəbinin I sinif şagirdi Arzu İsayeva və VI sinif şagirdi Fuad Abbaszadə Qran-Pri mükafatına, III sinif şagirdi Nüşabə Əlizadə, II sinif şagirdləri Gültəkin Abdullayeva və Safura Qasımova II yerə layiq görülüblər. Müəllim Ləman Əhədovaya münsiflər heyəti tərəfindən Təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, Qazaxıstanda növbəti müsabiqədə iştirak etməyə ödənişsiz hədiyyə sertifikatı da məhz Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəblərinin şagirdləri ,Qran-Pri mükafatçıları Arzu İsayeva və Fuad Abbaszadəyə təqdim edilib.

Baxış sayı: 75