XƏBƏRLƏR
MƏLUMAT
21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2024 09:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı regional şöbəsinin, Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

Tədbirdə çıxışçılar qeyd ediblər ki, dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci ildə Beynəlxalq Sülh Gününün təsis olunması barədə qərar qəbul edib.

2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh Günü-Ümumdünya atəşkəs günü kimi təqdim olunur.

 

Baxış sayı: 119