XƏBƏRLƏR
MƏLUMAT
208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2025 17:09

Oktyabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi 208 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edib.

“Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə keçirilən açıq dərsdə xalqımızın böyük lideri, müstəqil dövlətimizin əsasını qoymuş Heydər Əliyevin siyasi irsi, Azərbaycan üçün gördüyü mühüm işlər və tarixi xidmətləri əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb, onlara mövzu üzrə suallar verilib, diskussiyalar aparılıb.

Fəal məktəblilərə isə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən broşüralar təqdim olunub.

Baxış sayı: 20