XƏBƏRLƏR
MƏLUMAT
2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2024 16:57

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən qərara alıram:

2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilsin:

Texnika sahəsi üzrə

Əfsun Rəzzaq oğlu Sucayev,

Vaqif Məcid oğlu Fərzəliyev,

Həqiqət Əliəşrəf qızı Cavadova  – “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə

Mədəniyyət sahəsi üzrə

Mehriban Zaur qızı Ələkbərzadə – Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2024-cü il

 

Baxış sayı: 149