XƏBƏRLƏR
MƏLUMAT
“20 Yanvar – Qanlı və şanlı tarix” adlı sərgi və şahmat turniri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 15:31

Yanvarın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında   “20 Yanvar – Qanlı və şanlı tarix” adlı sərgi və şahmat turniri keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, faciədə həlak olan soydaşlarımızın ruhu bir dəqiqəlik sükütla yad edilib.

Ardınca Sarayın rəsm kursunun gənc rəssamlarının 20 Yanvar faciəsinə həsr etdikləri sərgiyə baxış keçirilib.

Tədbirdə qeyd olunub ki, üzərindən 35 il ötməsinə baxmayaraq, bu tarix xalqımızın müstəqillik, milli məfkurə uğrunda ayağa qalxdığını, azadlıq üçün qurban getməyə hazır olduğunu sübut etdiyi gün kimi daim xatırlanacaq.

Daha sonra şahmat yarışına start verilib. 3 turdan ibarət olan yarışda 18 gənc şahmatçı iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda qaliblər müəyyən olunub. I yerə Baba Eyvazlı, II yerə Əbdül Fərəczadə və III yerə Yunis Atakişiyev layiq görülüb.

Baxış sayı: 190