XƏBƏRLƏR
MƏLUMAT
20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2025 14:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 nömrəli filialı M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəblə birgə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, 20 Yanvar Ümumxalq Hüzn Günü Azərbaycanın müasir tarixində ən faciəli günlərdən biridir. Bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğulayıblar.

Bədii hissədə məktəbin "Qaytağı" xor dərnəyi və şagirdlər qanlı gecəyə həsr olunmuş şeirlərlə, vətənpərvərlik ruhunda mahnılarla çıxış ediblər.

Baxış sayı: 50