XƏBƏRLƏR
MƏLUMAT
2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2025 17:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət Evi və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq tədbirin aparıcısı gəncləri bayram münasibəti ilə təbrik edib və bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə "Wave band" qrupu, gənc, istedadlı müğənnilər, 236 nömrəli tam orta məktəbin şagirdləri çıxış ediblər.

Baxış sayı: 134