XƏBƏRLƏR
MƏLUMAT
2 fevral - Gənclər Günü münasibətlə konsert proqramı təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
01/02/2023 06:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evi və Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının birgə təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətlə konsert proqramı təqdim olunub.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər gəncləri bayram münasibəti ilə təbrik ediblər, tədbirin bədii hissəsində isə Mədəniyyət evinin solistlərinin vətənpərvər və bayram əhval-ruhiyyəli ifaları maraqla qarşılanıb.

Baxış sayı: 238